"ABŞ və G7 ölkələri Zelenskinin sülh planını dəstəkləyir"

"ABŞ və G7 ölkələri Zelenskinin sülh planını dəstəkləyir"
ABŞ və digər G7 ölkələri Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planını dəstəkləyir.
Bunu “Kanal 24” telekanalına müsahibəsində ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink deyib.
“İndi kimin sülhün, kimin müharibənin tərəfində olduğu çox aydındır. Prezident Zelenski 10 bənddən ibarət sülh planından danışıb. Biz ABŞ və G7 ölkələri bu planı dəstəkləyirik, çünki bunun müharibəni bitirmək üçün potensial plan ola biləcəyinə inanırıq. Məhz bu bazar ertəsi Rusiya yenidən Ukrayna şəhərlərinə 70 raket zərbəsi endirib. İndi tamamilə aydındır ki, ruslar müharibəni bitirmək istəmirlər. ABŞ sülhü dəstəkləyir”, - diplomat qeyd edib.
Gundelik-Baku.Org