"Putin həyatdan bezmiş ola bilər, amma..." - Zelenski

"Putin həyatdan bezmiş ola bilər, amma..." - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə sülh danışıqlarının perspektivinə inanmadığını və Rusiya ultimatum dilində danışmağa davam etdikcə danışıqlara qayıtmaq fikrində olmadığını bildirib.
O, bu  barədə CNN telekanalına müsahibəsində bildirib.
"Onlar müharibənin bitməsini istəmirlər. Baxmayaraq ki, onlar artıq özlərini yorğun hiss edirlər. Yalnız Kreml, Rusiya Federasiyasına başçılıq edən yalnız bir adam bu müharibədən yorulmur. O (Putin – red.) yaşına görə prinsipcə həyatdan bezmiş ola bilər, amma o, mütləq müharibədən yorulmur”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, Rusiya həqiqətən sülh istəyəndə “biz bunu mütləq hiss edəcəyik və görəcəyik”, lakin hələlik Rusiya tərəfinin sülh danışıqları ilə bağlı bəyanatları sadəcə söz olaraq qalır.
"Bir söz kifayət deyil - müharibəni dayandırın, ərazimizi tərk edin, insanları öldürməyi dayandırın, ölkəmizə vurduğunuz zərəri ödəməyə başlayın, cinayətkarları məsuliyyətə cəlb edin... Amma hələlik bunlar sadəcə sözlərdir", - o əlavə edib. 
Gundelik-Baku.Org