Məşhur film ulduzu vəfat etdi

Məşhur film ulduzu vəfat etdi
“O yazdı” filmində Şerif Mort Metzger obrazı ilə tanınan aktyor Ron Maysak 86 yaşında vəfat edib. 
Bu barədə “Variety” məlumat yayıb.
Ailənin verdiyi məlumata görə, Maysak həyat yoldaşı Kay və altı uşağının əhatəsində təbii səbəblərdən ölüb.
Qeyd edək ki, 1960-70-ci illərdə aktyor “Alatoranlıq zona”, “Meymunlar”, “Ağıllı ol” və “Möcüzə qadın” kimi kult televiziya seriallarında çəkilib. 
Gundelik-Baku.Org