Deniel Kreyq Ceyms Bond ilə eyni cəngavər ordeninə layiq görüldü- FOTO

Deniel Kreyq Ceyms Bond ilə eyni cəngavər ordeninə layiq görüldü- FOTO
Çərşənbə axşamı britaniyalı aktyor Deniel Kreyq ifa etdiyi “Agent 007 - Ceyms Bond” obrazı kimi “Müqəddəs Mixail və Georgi”ordeni ilə təltif edilib.
Məlumata görə, 54 yaşlı aktyorun boynuna cəngavər ordeni olan lenti şahzadə Anna taxıb.
Mükafatlandırma mərasimi London yaxınlığındakı Vindzor qəsrində keçirilib. Kreyq kino və teatr sənətinə verdiyi töhfələrə görə mükafatlandırılıb.
Qeyd edək ki, agent 007-nin sərgüzəştlərindən bəhs edən “Doktor No” adlı ilk film 1962-ci ildə işıq üzü görüb. Bu silsilədən olan beş filmdə rol alan Kreyqdən başqa, Şon Konneri, Corc Lazenbi, Rocer Mur, Timoti Dalton və Pirs Brosnan da bu illər ərzində eyni obrazı ifa ediblər.



Mənbə: TASS
Gundelik-Baku.Org