Bayden 80 yaşını belə qeyd etdi

Bayden 80 yaşını belə qeyd etdi
Bu gün dünyanın ən nüfuzlu liderlərindən biri - ABŞ prezidenti Co Bayden ad gününü qeyd edir. Onun 80 yaşı tamam olur. 
Amerika prezidentinin həyat yoldaşı Cil Bayden instaqramda əri ilə uşaqları və nəvələrinin əhatəsində dəyirmi bayram süfrəsi arxasında çəkilmiş şəklini yerləşdirib.
“Mükəmməl bir ad günü şənliyi çox sevgi ilə doludur. Və Conun ən çox sevdiyi kokos tortu”, - ABŞ-ın birinci xanımı fotoya şərh yazıb.
Şəkil Baydenin tortun üzərindəki şamı söndürdüyü an çəkilib. Amerika prezidentinin ailəsi otağı qırmızı, sarı, yaşıl və narıncı rəngli helium şarları ilə bəzəyib.
Bayden  ABŞ-ın ən yaşlı prezidentidir. 
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Co Baydenin nəvəsi Naomi Ağ Evdə toy edib.
Gundelik-Baku.Org