Türkiyəyə ərə gedib boşanan azərbaycanlı qadınların sayı - Son 7 ilin statistikası

Türkiyəyə ərə gedib boşanan azərbaycanlı qadınların sayı - Son 7 ilin statistikası
Türkiyə vətəndaşı ilə evlənib, sonradan boşanan azərbaycanlı qadınların sayı artıb.
Rəsmi məlumatlar xəbər verir ki, ötən il ərzində Türkiyə vətəndaşı ilə ailə quran 399 azərbaycanlı qadın boşanıb. Əvvəlki illə müqayisədə boşananların sayı 22% artıb.
Məlumat üçün qeyd edək ki, Türkiyə vətəndaşları ilə ailə quran və sonradan boşanan əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 2-ci sırada qərarlaşıb. İlk sırada Suriya vətəndaşı yer alıb. 2021-ci il ərzində Suriya vətəndaşı olan 412 qadın Türkiyə vətəndaşından boşanıb. Növbəti yerlərdə 399 nəfərlə Azərbaycan, 229 nəfərlə Özbəkistan, 180 nəfərlə Mərakeş, 171 nəfərlə Rusiya, 150 nəfərlə Ukrayna, 123 nəfərlə Türkmənistan vətəndaşları gəlir.
Son 7 ildə Türkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların illər üzrə sayını təqdim edirik:
İllərTürkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların sayı (nəfər)
2021399
2020327
2019446
2018343
2017304
2016238
2015214
CƏMİ2 271
Gundelik-Baku.Org