"Ermənistan-Azərbaycan münaqişəsi KTMT-nin səlahiyyətlərinə aid deyil" - Kosaçev

"Ermənistan-Azərbaycan münaqişəsi KTMT-nin səlahiyyətlərinə aid deyil" - Kosaçev
Ermənistanla Azərbaycan arasındakı münaqişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyasına daxil deyil. 
Bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib. 
O, jurnalistin bu barədə sualını cavablandırarkən deyib: "Ermənistanla Azərbaycan arasındakı münaqişə, fikrimcə, təşkilatın səlahiyyətlərinə aid deyil. KTMT-yə üzv olan dövlətlərin hər biri ona münasibətini müstəqil şəkildə müəyyənləşdirir. Rusiyaya gəlincə, məlumdur ki, biz nizamlanmanı ən səmimi şəkildə dəstəkləyirik. Üstəlik, bizim səylərimiz həm bu sahədə, həm də digər tərəfdən eyni dərəcədə tələb olunur. Başqa cür ola bilməz, vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər".
RF Federal Məclisi Federasiya Şurasının sədr müavininin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsində yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək münaqişənin dərinləşməsi demək olardı: "Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və onu dəstəkləmək lazımdır ki, həmin nizamlanmanın şərtləri bütün tərəflər üçün məqbul olsun". 
Gundelik-Baku.Org