İranda zavod işçiləri kütləvi tətilə başladı

İranda zavod işçiləri kütləvi tətilə başladı
İranın İsfahan bölgəsində "Zob Ahn" zavodunun şirkətinin işçiləri tətil elan ediblər. 
İran KİV-ləri xəbər verir ki, tətil işçilərin daha əvvəl elan edilmiş çağırışına əsasən baş tutub.
Qeyd edək ki, işçilər bundan əvvəl etiraz aksiyası keçiriblər, lakin rəhbərlik şirkətin maliyyə vəziyyətinin pis olduğunu bəyan edərək işçilərin tələblərinə məhəl qoymayıblar.
Azad İşçilər Həmkarlar İttifaqının noyabrın 15-də yaydığı hesabata görə, şirkət rəhbərliyi işçilərin tətil etməsinin qarşısını almaq üçün öz hesabına bir milyon tümən pul yatırıb. 




Gundelik-Baku.Org