Rusiya Federasiya Şurasının “Youtube” hesabları bloklandı, videolar silindi

Rusiya Federasiya Şurasının “Youtube” hesabları bloklandı, videolar silindi
"Google" Rusiya Federasiya Şurasının “Youtube” videohostinqindəki hesablarını bloklayıb.
TASS xəbər verir ki, bloklanan kanalların 200 mindən çox abunəçisi və 20 min videosu var.
"Federasiya Şurasının və “Vmeste-RF” telekanalının “Youtube” videohostinqindəki hesabları bloklanıb, bütün məlumatlar bərpası mümkün olmadan silinib", - deyə Federasiya Şurasından bildirilib.
"Google"dan Federasiya Şurasının hesabının şirkətin ixrac məhdudiyyətləri və sanksiyalar siyasətinə uyğun olaraq bloklandığı bildirilib.
Gundelik-Baku.Org