Azərbaycana uçuşu gecikdirən şirkət cərimələndi

Azərbaycana uçuşu gecikdirən şirkət cərimələndi
Rusiyanın “IrAero” aviaşirkəti Novosibirsk-Bakı reysini 9 saatdan çox gecikdirdiyi üçün inzibati məsuliyyətə cəlb edilib.
Yerli media bildirir ki, hadisə bu ilin iyulunda baş verib. 
Sərnişinlərin sözlərinə görə, daşıyıcı gözləmə prosesində onlara yemək və otel otaqları təqdim etməyib. Yola düşmə vaxtını da bir neçə dəfə təxirə salıb.
Prokurorluğun yoxlaması nəticəsində “IrAero” qeyri-adekvat xidmətlər göstərdiyinə görə 20 min rubl (təxminən 560 manat) cərimələnib.
Gundelik-Baku.Org