Bakıda sürücü qulağında telefon avtobus idarə etdi - ANBAAN VİDEO

Bakıda sürücü qulağında telefon avtobus idarə etdi - ANBAAN VİDEO
Bakıda avtobus sürücülərindən daha biri yol hərəkət qaydalarını kobud şəkildə pozub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
163 nömrəli avtobusda qeydə alınan hadisə zamanı sürücü telefondan istifadə edərək sükanı bir əli ilə idarə edib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mayis Ağayev BAKU.WS-ə bildirib ki, təqdim olunan görüntü ilə əlaqədar olaraq 163 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı "Manella" MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb:
"Sükan arxasında telefondan istifadəyə görə inzibati tənbeh tədbiri görülməsi Agentliyin səlahiyyətlərinə aid olmasa da daşıyıcı şirkət qarşısında həmin sürücü barəsində ciddi intizam tədbiri görülməsi ilə bağlı məsələ qaldırılacaq. Ümumilikdə qeyd edim ki, "Manella" MMC-nin istismarında olan 163 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyəti qənaətbəxş deyil.
Sərnişinlərdən bu marşrut xətti üzrə çoxsaylı şikayətlər daxil olur. Dəfələrlə bu barədə daşıyıcıya xəbərdarlıq olunmasına baxmayaraq müsbət dəyişiklik hiss olunmur. Bunu nəzərə alaraq marşrut xətti müsabiqəyə çıxarılıb".







Gundelik-Baku.Org