Duda Zelenskiyə zəng etdi

Duda Zelenskiyə zəng etdi
Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib. 
Xarici KİV xəbər verir ki, bu barədə Polşa liderinin ofisinin nümayəndəsi Yakub Kumoç məlumat verib.
Məlumata görə, ölkə liderləri Polşanın Ukrayna ilə sərhəddinə edilən raket hücumu barədə danışıqlar aparıblar. 
Bundan əvvəl Duda NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ prezidenti Cozef Baydenlə ölkənin şərqində baş verən partlayışları müzakirə edib.
Gundelik-Baku.Org