"Raketi kimin atdığına dair sübutumuz yoxdur" - Polşa prezidenti

"Raketi kimin atdığına dair sübutumuz yoxdur" - Polşa prezidenti
Polşa prezidenti Andjey Duda Prjevodov kəndində 2 nəfərin həyatını itirdiyi hadisədə raketin kimin atdığına dair dəqiq dəlil olmadığını bildirib.
Duda gecə ərzində ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stontelberq, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski ilə bir sıra telefon danışığı apardığını bildirib.
Baydenin araşdırmaya dəstək vəd etdiyini vurğulayan Duda, "Rusiyanın Ukraynaya raket hücumunun demək olar ki, bütün gün davam etdiyini çox yaxşı bilirik, lakin hazırda bu raketi kimin atdığına dair dəqiq dəlillərimiz yoxdur. Araşdırmalar davam edir. Müstəntiqlər bu məsələyə aydınlıq gətirməyiblər. Çox güman ki, bu, Rusiya istehsalı olan raket olub, lakin hazırda hamısı araşdırılır",- deyib.  
Sakit və ehtiyatlı davrandıqlarını bildirən Duda, "Hər kəsin sakit olmasını istəyirəm. Polşa əsgərləri meydandadır. Bizə müttəfiqlik dəstəyi var. Bizə qarşı bütün müttəfiqlik öhdəlikləri mütləq dəstəklənir", - deyə ifadə  edib.
Gundelik-Baku.Org