Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

"Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir. 
Gundelik-Baku.Org