Putin Rusiya Elmlər Akademiyasının yeni prezidentini vəzifəsinə təsdiqləyib

Putin Rusiya Elmlər Akademiyasının yeni prezidentini vəzifəsinə təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin Gennadi Krasnikovu Rusiya Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edib.

Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi hüquq informasiya internet portalında dərc olunub.
"Qennadi Yakovleviç Krasnikovu beş il müddətinə Rusiya Elmlər Akademiyası federal dövlət büdcə qurumunun prezidenti vəzifəsinə təsdiq etməyi qərara alıram”, - deyə sənəddə bildirilib.

Qeyd edək ki, sentyabrın 20-də Rusiya Elmlər Akademiyasının Nanotexnologiya və İnformasiya Texnologiyaları bölməsinin akademik-katibi, Molekulyar Elektronika Elmi-Tədqiqat İnstitutunun baş direktoru Gennnadi Krasnikov Rusiya Elmlər Akademiyasının yeni prezidenti seçilib.
 
Gundelik-Baku.Org