"Twitter"də daha bir yenilik: 3 hesab növü

"Twitter"də daha bir yenilik: 3 hesab növü
"Twitter" platforması yeni təsdiqləmə sistemi (verification) istifadəçi hesablarını 3 növə ayıracaq.
Hesabların bir hissəsi boz rəngli təsdiqləmə düyməsinə malik olacaq və onların adlarının qarşısında "official" yazılacaq. 
"Twitter Blue" abunəliyində məlum olduğu kimi istifadəçilər hesablarda göy rəngli təsdiqləmə nişanını əldə edəcəklər.
Digər profillər isə təsdiqlənməmiş şəkildə qalacaqlar.
Onu da qeyd edək ki, "Official" sözü yazılan boz rəngli nişanlar bəzi hesablar üçün pulsuz şəkildə təqdim ediləcək. Məsələn, dövlət təşkilatları, məmurlar, siyasi xadimlər və kütləvi informasiya vasitələri və s. 
Gundelik-Baku.Org