"Twitter" iflas edə bilər" - Mask

"Twitter" iflas edə bilər" - Mask
"Twitter"in gəlirləri artmasa, şirkət müflis ola bilər.
"Bloomberg" xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibkarı İlon Mask işçilərinə ilk müraciətində deyib.
Agentliyin məlumatına görə, bir müddət əvvəl İlon Mask şirkət əməkdaşlarına bir sıra sərt xəbərdarlıqlar edib.
İşçilərin 80 saatlıq iş həftəsinə hazırlaşmalı olduqlarını və pulsuz yemək verilməsi kimi güzəştlərin kəsiləcəyini deyib. Bundan əlavə, Mask işçilərə evdən işləməyi qadağan edib.
Gundelik-Baku.Org