"Twitter"in fransalı rəhbəri istefa verdi

"Twitter"in fransalı rəhbəri istefa verdi
"Twitter"in Fransa bölməsinin rəhbəri Damien Viel sosial şəbəkənin amerikalı milyarder İlon Mask tərəfindən alınmasından sonra istefa verdiyini açıqlayıb.
Bu barədə o, "Twitter" hesabında yazıb. 
Sosial şəbəkənin Fransa bölməsinin rəhbərinin getməsi "Twitter"də bu gün başlaya biləcək mümkün yeni işdən çıxarılma gözləntisi ilə baş verib.
Gundelik-Baku.Org