Vyetnamda Su-22 qırıcıları təlim uçuşu zamanı qəzaya uğrayıb

Vyetnamda Su-22 qırıcıları təlim uçuşu zamanı qəzaya uğrayıb
Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus Su-22 qırıcısı mərkəzi Quanq-Nam əyalətində təlim uçuşu zamanı qəzaya uğrayıb, pilot katapult edib.
TASS xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, havaya qalxdıqdan 10 dəqiqə sonra pilot hərbi təyyarədə problemlər olduğunu bildirib və ona qırıcını insanların yaşadığı ərazidən uzaqlaşdırmaq əmri verilib.
Qeyd edilib ki, qırıcı uçuş-enmə zolağından 19 km cənubda qəzaya uğrayıb, katapult edən pilotun səhhəti sabitdir.
Gundelik-Baku.Org