Vyetnamda hərbi təyyarə qəzaya uğrayıb

Vyetnamda hərbi təyyarə qəzaya uğrayıb
Vyetnamın Quannam vilayətində ölkənin hərbi hava qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Vyetnam mediası xəbər verir ki, “Su-22” təyyarəsi təlim uçuşu zamanı yerli vaxtla saat 11:00-da Dienban qəsəbəsinin ərazisində qəfildən idarəetməni itirərək yerə çırpılıb. Pilotlar katapult etməzdən əvvəl insan tələfatının qarşısını almaq üçün təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırmağa nail olublar. Bununla belə, yerə düşən təyyarənin hissələrindən biri yaxınlıqdakı evə dəyib və sakin yüngül xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə yerə çırpıldıqdan sonra iki yerə bölünən təyyarənin ön və arxa hissələri bir-birindən təxminən 200 metr aralı düşüb.

Səlahiyyətli qurumların nümayəndələri hadisə yerinə baxış keçirib, təhqiqat aparılır.
Gundelik-Baku.Org