İkiqat Olimpiya çempionu təyyarə qəzasına düşdü

İkiqat Olimpiya çempionu təyyarə qəzasına düşdü
800 metr məsafəyə qaçış üzrə ikiqat Olimpiya çempionu David Rudişa Keniyada yüngül mühərrikli təyyarənin qəzasından sağ çıxıb.
Xarici medianın xəbərinə görə, hadisə Kacidao dairəsində baş verib.
Təyyarənin havaya qalxdıqdan təxminən 7 dəqiqə sonra mühərrikinin dayandığı güman edilir. Pilot təyyarəni açıq yerə endirməyə çalışıb, lakin qanadlarından biri ağaca dəyib - təyyarə fırlanmağa başlayıb və qayalıq sahəyə düşüb.
Təyyarədə altı nəfər olub. NBC telekanalının məlumatına görə, onlardan biri xəstəxanaya yerləşdirilib. Qalan sərnişinlər, o cümlədən Rudişanın özü yüngül xəsarətlər alıb, onların həyatına heç bir təhlükə yoxdur.
“Allaha şükür edirik ki, hər kəs sağdır”, - idmançı bildirib.

Gundelik-Baku.Org