İsveç Azərbaycanla qonşu ölkəyə hərbi yardım edəcək

İsveç Azərbaycanla qonşu ölkəyə hərbi yardım edəcək
İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldovaya və Gürcüstana isə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərmək qərarına gəlib. 
Xarici KİV xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
"Dəstək NATO-nun müxtəlif fondları vasitəsilə təmin edilir və minalardan təmizləmə, böhranların idarə edilməsi, kibertəhlükəsizlik və təhsil və digər sahələrə yönəldiləcək", - bəyanatda deyilir.
Gundelik-Baku.Org