İsveç uzun müddətdir çəkindiyi addımı atdı

İsveç uzun müddətdir çəkindiyi addımı atdı
Stokholm Ukraynaya hərbi texnika ötürmək qərarına gəlib. 
"Sky News" xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib. 
Qeyd olunur ki, İsveç hakimiyyəti Kiyevə özüyeriyən artilleriya qurğusu Archer (AKS) göndərmək niyyətindədir: "Məsələ onu göndərib-göndərməməyimizdə deyil, nə vaxt göndərəcəyimizdədir". 
Onun sözlərinə görə, belə bir jest hərbi münaqişənin kəskinləşməsinə səbəb olmayacaq. O, həmçinin vurğulayıb ki, İsveç tərəfi uzun müddətdir ki, bu addımı atmaqdan çəkinirdi.
Gundelik-Baku.Org