Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu açıqladı

Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu açıqladı
Rusiya Federasiyası bu gün ortaya çıxan reallıqları nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. 
Diplomatın sözlərinə görə, Moskva heç vaxt Kiyevlə danışıqlar ideyasından əl çəkməyib, eyni zamanda o, hazırda inkişaf etməkdə olan vəziyyəti nəzərə almağa çağırıb.
"Biz hələ də danışıqlara açığıq", - Zaxarova vurğulayıb.
Gundelik-Baku.Org