XƏBƏRDARLIQ: Azərbaycana qar yağacaq

XƏBƏRDARLIQ: Azərbaycana qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Eyni zamanda, noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gundelik-Baku.Org