"Ukraynalılar bizdən iş istəyirlər" - Putin

"Ukraynalılar bizdən iş istəyirlər" - Putin
Rusiya prezidenti Vladimir Putin gənc könüllülərə Avropadakı ukraynalıların Rusiyadakı ukraynalılardan nə ilə fərqləndiyini deyib.
Gazeta.ru xəbər verir ki, onun sözlərinə görə, Avropada Ukraynadan gələn mühacirlər restoranlarda endirim tələb edirlər, Rusiyada isə iş:
“Ukraynadan bizə gələnlərlə Avropada olanlar arasındakı fərqi hiss edin. Oradakı restoranlara gedib özlərinə endirim tələb edirlər, insanlar isə bizdən işləməyi xahiş edirlər”, - deyə Rusiya lideri bildirib.
Bununla yanaşı, Putin Mariupolu qədim rus şəhəri adlandırıb.
O, bildirib ki, Böyük Pyotr özünün ilk hərbi flotiliyasını yaradıb və ilk hərbi qələbələr qazanıb.
Putin qeyd edib ki, o, artıq Donbasın, o cümlədən Mariupolun bərpası ilə bağlı müzakirələrə başlayıb. Orada yaşayış binalarını, uşaq bağçalarını, kitabxana və muzeyləri, digər sosial obyektləri bərpa etmək lazımdır.

Gundelik-Baku.Org