"Qarabağ münaqişəsinə son qoyulmalıdır" - Putin

"Qarabağ münaqişəsinə son qoyulmalıdır" - Putin
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur - red.) münaqişəsinə son qoyulmalıdır.
Bunu oktyabrın 31-də Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrıca görüşündə bildirib.
Rusiya lideri sentyabrd Qarabağdakı vəziyyətlə bağlı Paşinyanla daimi təmasda olduğunu bildirib. Onun sözlərinə görə, region ətrafında təhlükəsizlik vəziyyəti çox həssas məsələ olaraq qalır.
Gundelik-Baku.Org