Rusiyada məhbuslar döyüşə göndərilir

Rusiyada məhbuslar döyüşə göndərilir
Rusiya prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində bəzi ağır cinayətlərə görə məhkumluğu olan ölkə vətəndaşlarının hərbi xidmətə cəlb edilməsinə icazə verən qanunu imzalayıb.
Bu barədə Kremlin saytında yer alan məlum qanunda qeyd olunub. 
Qanuna əsasən, ağır cinayətlərə görə götürülməmiş və ödənilməmiş məhkumluğu olan ruslar səfərbərlik çərçivəsində hərbi xidmətə çağıra biləcəklər. Sənəddə həmçinin səfərbərliyə məruz qalmayan məhkum edilmiş şəxslərin siyahısı da var. Xüsusilə, qanun dövlətə xəyanət, casusluq, silahlı üsyan, dövlət xadiminin həyatına qəsd etmə maddələri ilə götürülməmiş məhkumluğu olan və yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş vətəndaşlara şamil edilməyəcək.
Gundelik-Baku.Org