Səfərbər edilmiş ruslar mülki geyimdə döyüşə göndərilir

Səfərbər edilmiş ruslar mülki geyimdə döyüşə göndərilir
Rusiya Federasiyasında səfərbərlik maddi təminatla bağlı problemlərə baxmayaraq davam edir. Ukraynanın işğal olunmuş ərazilərində rusların mülki geyimdə olması halları artıq qeydə alınıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, səfərbər olunanların bir hissəsi Zaporojye vilayətinin Pologiya şəhərinə gəlib. Rusların şəxsi heyəti mülki geyimdədir.
Həmçinin Rusiyada səfərbərlik başlayandan müəllim çatışmazlığı kəskin şəkildə artıb – müəllimlər ya cəbhəyə gedir, ya mühacirətə gedir, ya da gizlənir.
Bununla yanaşı, Moskvada polis evsizlərə qarşı reydlər keçirir. Onlara çağırış vərəqəsi verilərək hərbi komissarlıqlara aparılır, sonra isə müharibəyə göndərilir. 
Gundelik-Baku.Org