Rusiyada səfərbər olunan 10 min əsgər geri qaytarıldı

Rusiyada səfərbər olunan 10 min əsgər geri qaytarıldı
Rusiya Federasiyasında səfərbər olunan 10 minə yaxın əsgər bir sıra səbəblərə görə vətənə qaytarılıb.
TASS xəbər verir ki, bunu Rusiya  Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib. 
"Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb", - Kartapolov bildirib. 
Bildirək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib, həmin gün müvafiq fərman imzalanıb.
Həmçinin məlumat verilib ki, Rusiya şirkətləri səfərbərliyə başladıqdan sonra işçilərinin 10%-ə qədərini itiriblər.
Gundelik-Baku.Org