Anası Sobçakın İsrail vətəndaşlığının olduğunu təsdiqlədi

Anası Sobçakın İsrail vətəndaşlığının olduğunu təsdiqlədi
Rusiya Federasiya Şurasının üzvü, jurnalist Kseniya Sobçakın anası Lyudmila Narusova qızının İsrail vətəndaşlığının olduğunu təsdiqləyib. 
O, bu barədə RİA Novosti -yə məlumat verib. 
Senatorun sözlərinə görə, bu, konstitusiya pozuntusu deyil, çünki Rusiya Federasiyası ikili vətəndaşlığa icazə verir.
Narusova həmçinin bildirib ki, Sobçak mənimsəmə işində heç bir statusa malik deyil. O əlavə edib ki, vəkillər jurnalistin Moskva yaxınlığındakı evində axtarış aparılması faktından apellyasiya şikayəti verəcəklər. 
"Bu, çox yaxında olacaq", - senator Sobçakın Rusiyaya qayıtmaq planları ilə bağlı sualı cavablandırıb. 
Bundan əvvəl xəbər verilirdi ki, jurnalist Sobçakın başqa dövlətin pasportu olması barədə miqrasiya xidmətinə məlumat vermədiyi üçün yoxlama ilə üzləşə bilər . Sobçakın İsrail pasportunu jurnalist Tina Kandelaki dərc edib.
Ehtimal olunur ki, Sobçak Rusiyanı onun kommersiya direktoru Kirill Suxanovun saxlanması ilə bağlı yayılan xəbərlərə görə tərk edib. Həmin şəxs “Rostec” dövlət korporasiyasının icraçı direktoru Sergey Çemezovdan 11 milyon rubl tələb etməkdə ittiham olunub . Suxanovla birlikdə “Tatler”in keçmiş baş redaktoru Arian Romanovskiyə qarşı ittiham irəli sürülüb.
Gundelik-Baku.Org