Bayden şahzadə Uilyamla görüşdü

Bayden şahzadə Uilyamla görüşdü
ABŞ Prezidenti Cozef Bayden Massaçusets ştatının Boston şəhərinə işgüzar səfər edən şahzadə Uilyamla görüşüb.
Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
“Sizi yenidən görməyə şadam”, - C.Bayden bildirib.
Daha sonra onlar Con Kennedi adına Prezident Kitabxana-Muzeyinə yollanıblar.
Daha əvvəl Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə qeyd edib ki, şahzadə Uilyam ilə görüşdə Bayden, xüsusilə iqlim dəyişikliyi ilə mübarizəni müzakirə etməyi planlaşdırır.
Gundelik-Baku.Org