İlham Əliyev İrana səfər edəcək

İlham Əliyev İrana səfər edəcək
“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır”.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi report-a müsahibəsində deyib.
Onun sözlərinə görə, İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir: “Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq”.
Gundelik-Baku.Org