Ərdoğan və Putinin görüşü 3 saat davam edib - YENİLƏNİB

Ərdoğan və Putinin görüşü 3 saat davam edib - YENİLƏNİB
Soçidə Rusiya-Türkiyə danışıqları başa çatıb. 
Ölkə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ümumilikdə 3 saat danışıblar.
Görüş qısa qeyri-rəsmi salamlaşma ilə başlayıb, Rusiya lideri Ərdoğanı Soçiyə təkcə işgüzar səfərlə deyil, həm də məzuniyyətə gəlməyə dəvət edib. Sonra prezidentlər danışıqlar masası arxasında ünsiyyətə davam ediblər.
Soçidə "Rus" sanatoriyasının İmperator binasının Yaşıl zalında baş tutan görüşün iştirakçıları arasında Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Yaşar Gülər, xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan da olub. 
Geniş tərkibdə danışıqlarda Rusiya tərəfdən baş nazirin müavini Aleksandr Novak, dövlət başçısının administrasiyası rəhbərinin müavini - Prezidentin mətbuat katibi Dmitri Peskov, Putinin köməkçiləri Maksim Oreşkin və Yuri Uşakov, kənd təsərrüfatı naziri Dmitri Patruşev, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Rosatomun rəhbəri Aleksey Lixaçev iştirak ediblər.
Geniş tərkibdə tərəflər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, taxıl sazişinin bərpası mövzusunu da müzakirə ediblər.
Yekun mərhələ iş naharı olub və burada Putin və Ərdoğan üz-üzə danışmaq imkanı əldə ediblər. 
***14:25
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb.
Putin-Ərdoğan danışıqları Soçidə keçirilir.
***13:44
 Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib.
Rus mətbuatı xəbər verir ki, Türkiyə liderinin təyyarəsi Soçinin hava limanına enib.
 *** 12:25
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yola düşüb.
Türkiyə prezidentinin rusiyalı həmkarı ilə görüşü zamanı hər iki ölkə arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
***09:30
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutacaq. 
Görüş Rusiyanın Soçi şəhərində keçiriləcək. 
Görüşdə taxıl dəhlizi sazişinin gələcəyi də müzakirə olunacaq: "Ərdoğanın rusiyalı həmkarı ilə görüşləri zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Bununla belə, gündəmin ən mühüm məsələsi Taxıl Dəhlizi olacaq".
Qeyd edək ki, Ərdoğanın səfərindən əvvəl Rusiya və Türkiyə XİN rəhbərlərinin Moskvada görüşü olub. 
Gundelik-Baku.Org