Putinin Türkiyəyə səfəri gizli saxlanılır

Putinin Türkiyəyə səfəri gizli saxlanılır
Ankara Rusiya prezidenti Vladimir Putinin səfərinə hazırlaşır. 
Bu  barədə Türkiyəni "dikGazeta" nəşri məlumat yayıb.  Bildirilir ki, səfərin dəqiq tarixi isə gizli saxlanılır. 
Nəşrin məlumatına görə, Putin və Ərdoğan geniş spektrli məsələləri müzakirə edəcək. Həmçinin, liderlərin Türkiyənin cənub-şərqində irimiqyaslı zəlzələlər zonasına səfəri düşünülür.
Martın 25-də Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Kremlin mətbuat xidməti bildirib ki, siyasətçilər taxıl sövdələşməsini, Rusiya-Türkiyə layihələri üzərində işi, xüsusilə AES-in tikintisini, eləcə də Suriyadakı vəziyyəti müzakirə ediblər. Putin həmçinin Ərdoğanı müsəlmanların müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.
Gundelik-Baku.Org