İlon Mask oğlunun adını dəyişdi

İlon Mask oğlunun adını dəyişdi
“Tesla” və “SpaceX”in qurucusu İlon Mask oğlunun adını dəyişib.
Xarici media xəbər verir ki, kanadalı müğənni Kler Eliz Buşe (Qrayms) ilə ailəli olan milyarderin “X Æ A-12 Musk” adlı oğlunun şəxsiyyət vəsiqəsində dəyişiklik edilib. 
Bundan sonra uşağın ilk adı “X”, ikinci adı “AE A-XII” kimi qeydə alınıb. Buna səbəb Maskın oğlunun əvvəlki adının Kaliforniya qanunlarına uyğun gəlməməsi olub. 
"X" riyaziyyatda naməlum dəyişəni təmsil edir, "Æ" isə süni intellektin elf dilində yazı şəkli, müxtəlif dillərdə "sevgi" deməkdir.
"A-12" SR-71 təyyarəsinin sələfinə aiddir.
A-12-dəki A hərfi Arxangel mənasını verir və Qrayms onun sevimli mahnısı olduğunu deyir.
Gundelik-Baku.Org