İlon Mask "Twitter"də adları da pullu edir

İlon Mask "Twitter"də adları da pullu edir
İlon Mask “Twitter”i aldıqdan sonra daimi yenilikləri ilə gündəmə gəlir.
Xarici media xəbər verir ki, indi isə platforma istifadəçi adlarının ticarətinə başlamağı düşünür.
Məlumata görə, şirkət gəliri artırmaq üçün adların satışına başlamaq istəyir. Hətta bəzi istifadəçi “name”lərinin satışı dekabr ayından müzakirə olunmağa başlayıb.
Onlayn hərraclarda @ işarəsindən sonra sözlər, rəqəmlər və ya simvollardan ibarət istifadəçi adları təklif olunacaq.
Gundelik-Baku.Org