İlon Mask G20-də iştirak edəcək

İlon Mask G20-də iştirak edəcək
Amerikalı iş adamı İlon Mask Balidə keçiriləcək G20 sammitində şəxsən iştirak etməyəcək, lakin videobağlantı vasitəsilə çıxış edəcək. 
"Reuters" xəbər verir ki, bu barədə İndoneziya Ticarət və Sənaye Palatasının sədri Ərşad Rasid bildirib. 
Onun sözlərinə görə, öncədən Maskın sammitə gəlməsi planlaşdırılıb, lakin ABŞ da gözlənilmədən baş verən bir hadisə onun ölkədə olmasını tələb edib.
G20 sammitinin noyabrın 15-16-da Bali adasında keçirilməsi planlaşdırılır.
Gundelik-Baku.Org