İlon Mask süni intellekti tənqid etdi: “Əgər sizə hər şeyi verə biləcək bir cininiz varsa, bu təhlükə yaradır”

İlon Mask süni intellekti tənqid etdi: “Əgər sizə hər şeyi verə biləcək bir cininiz varsa, bu təhlükə yaradır”
“Twitter”in sahibi və biznesmen İlon Mask süni intellekti (AI) tənqid edib.
Mask süni intellektin həyatımızda hər sahədə zəruri olmadığını söyləyib.
Milyarder bunu Londonda “Wall Street Journal”ın Baş Direktorlar Şurasının sammitində videobağlantı vasitəsilə çıxışı zamanı deyib. Onun sözlərinə görə, super intellekt “iki başlıqlı bir çubuqdur”.
“Əgər sizə hər şeyi verə biləcək bir cininiz varsa, bu təhlükə yaradır”, - deyə Mask qeyd edib.
O, süni intellektin “dronlar müharibəsi” yaratmaq üçün istifadə oluna biləcəyini də əlavə edib.
Milyarder bütün dünya hökumətlərinin silah hazırlamaq üçün ilk növbədə süni intellektdən istifadə edəcəyi fikrindədir.
“Beləliklə, bu sadəcə döyüş meydanında daha təkmil silahlara sahib olmaqdır ki, hər hansı bir insandan daha sürətli reaksiya verə bilir. Süni intellektin qadir olduğu şey budur. Gələcəkdə inkişaf etmiş ölkələr və ya ən azı pilotsuz təyyarələrə sahib olan ölkələr arasında baş verəcək müharibələr əsasən pilotsuz uçuş aparatları arasında döyüşlər olacaq”, - deyə Mask vurğulayıb.
Süni intellektin imperiyanın sonunu yaxınlaşdırıb-yaxınlaşdırmadığı ilə bağlı suala İlon Mask müsbət cavab verib.
“Düşünürəm ki, hə. Süni intellektin həyatımızda hər sahədə zəruri olduğunu düşünmürəm”, - deyə o bildirib.
“Süni intellektdən istifadə zamanı ehtiyat edəcəyimiz ilk sahələrdən biri - ictimai rəyin manipulyasiya olunduğu sosial mediadır”, - deyə Mask əlavə edib.
Mənbə: “Sky News”
Gundelik-Baku.Org