İlon Mask yenidən dünyanın ən varlı adamı oldu

İlon Mask yenidən dünyanın ən varlı adamı oldu
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, amerikalı iş adamı İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı seçilib. 
“Bloomberg” agentliyinin məlumatına görə, Maskın sərvəti 187,1 milyard dollardır.
O, sərvəti 185,3 milyard dollar olan LVMH (Louis Vuitton Moet Hennessy, "Louis Vuitton - Moet - Hennessy") şirkətlər qrupunun prezidenti Bernard Arnonu geridə qoyaraq, yenidən planetin ən varlı adamı statusunu qazanıb. 
Gundelik-Baku.Org