Bayden Ukraynaya kasetli bombaların göndərilməsini belə izah etdi

Bayden Ukraynaya kasetli bombaların göndərilməsini belə izah etdi
ABŞ prezidenti Co Bayden Ukraynaya kasetli bombaların göndərilməsi səbəbini açıqlayıb. 
Xarici media xəbər verir ki, Ağ Ev rəhbəri Ukraynaya kaset sursatlarının tədarükünü müvəqqəti tədbir adlandırıb. “Mən nəhayət Müdafiə Nazirliyinin tövsiyəsini qəbul etdim. Lakin bu tədbir daimi deyil, müvəqqətidir. Qərb ölkələri Ukraynaya adi mərmilərin istehsalını artırana qədər bu sursatları onlara verəcəyik”, - Bayden bildirib. 
Qeyd edək ki, ABŞ cümə günü Ukraynaya yeni hərbi yardım paketi elan edib və bu paketə ilk dəfə olaraq dünyanın bir çox ölkəsində qadağan olunmuş 155 mm DPICM tipli artilleriya mərmiləri, kasetli sursatlar daxildir.
Gundelik-Baku.Org