ABŞ-dan Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım

ABŞ-dan Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım
Fevralın 20-də Kiyevə elan olunmamış səfəri zamanı ABŞ prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketinin verildiyini açıqlayıb.
Dəstəyin ümumi məbləği 500 milyon dollar olaraq qiymətləndirilir.
Qeyd olunur ki, Vaşinqtondan gələn yeni yardım paketi sabah, fevralın 21-də rəsmən açıqlanacaq.
"Bu gün elan edilən paketə HIMARS və qaubitsalar üçün döyüş sursatı, daha çox Javelin, tank əleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün havadan müşahidə sistemləri daxildir", - ABŞ prezidenti bildirib.
Bundan əlavə, Bayden silah - 700-dən çox tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi və s. tədarük etmək öhdəliyini açıqlayıb.
Gundelik-Baku.Org