ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı
ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.

Bu barədə cümə günü, martın 3-də ABŞ Dövlət katibi Antoni Blinken məlumat verib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yazılı açıqlamasında göstərildiyi kimi, yardım paketinə HIMARS raket sistemləri üçün döyüş sursatları, "Bradley” piyada döyüş maşınları üçün döyüş sursatları, həmçinin ponton keçidləri daxildir.

Mənbə: iz.ru
Gundelik-Baku.Org