İstanbulda universitet binası çökdü - Video

İstanbulda universitet binası çökdü - Video
İstanbulda “Arel” özəl universitetinin binası qismən çöküb.
“Hürriyet” xəbər verir ki, buna səbəb universitetin yanında inşa edilən tikilinin istinad divarında çöküntünün baş verməsi olub. 
Belə ki, çöküntü səbəbindən 3 mərtəbəli universitetin binasında çatlar əmələ gəlib. 
Bildirilir ki, istinad divarında baş verən çöküntünün qarşısını almaqla bağlı tədbirlər görülərkən universitetin binasının bir hissəsi çöküb. 
Hadisədən sonra ətraf binalarda yaşayan sakinlər tədbir məqsədilə təxliyə edilib. 
İnsident nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

 
Gundelik-Baku.Org