Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Üç ay əvvəl nişanlanan tələbə intihar etdi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.
Qafqazinfo xəbər verir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır. 
Gundelik-Baku.Org