Dinc etirazlara qatılan Təbriz Universitetinin üç tələbəsi universitetdən qovuldu

Dinc etirazlara qatılan Təbriz Universitetinin üç tələbəsi universitetdən qovuldu
Dinc etirazlara qatılan Təbriz Universitetinin üç tələbəsi universitetdən qovulub.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Təbriz Universitetinin fəlsəfə ixtisasının tələbəsi Nima Səracian Təbrizi, elektrotexnika fakültəsinin tələbəsi Əli Keşvərgir, material və metallurgiya fakültəsinin tələbəsi Arvin Ebrahimi universitetdən xaric ediliblər.
Hər üç tələbə sentyabrdan başlanan aksiyalarda həbs olunmuş və zorakılığa məruz qalıb. Həbsdən azad edildikdən sonra universitetin mühafizəsi bu üç tələbəni qovmaq məqsədilə universitetə ​​daxil olmalarına mane olub, tələbə vəsiqələrini də cırıb.

 
Gundelik-Baku.Org