Fransada fırtına evlərin damını uçurdu - FOTO

Fransada fırtına evlərin damını uçurdu - FOTO
Fransanın şimalındakı Pa-de-Kale əyalətinin Biukur kəndində fırtına baş verib. Nəticədə onlarla evin damı uçub.
Kəndin bələdiyyə sədri Benya-Vensan Kay bildirib ki, qəfildən bütün kəndi viran qoyan bir tufan qopdu.
O, kənddəki bəzi evlərin və kilsələrin qismən dağıldığını, bəzi damların uçduğunu və kəndə ciddi ziyan dəydiyini bildirib.
Kənd əhalisinin demək olar ki, yarısının köçürülməsinə ehtiyac var.
Eyni vaxtda Somme əyalətində də təbii fəlakət baş verib. Təsirli olan yağış, dolu və güclü külək ciddi fəsadlara səbəb olub.









Mənbə: Franceinfo
Gundelik-Baku.Org