İsmayıllıda şortik qalmaqalı: Kənddə dava düşdü - Video

İsmayıllıda şortik qalmaqalı: Kənddə dava düşdü - Video
Azərbaycanda daha bir şortik qalmaqalı yaşanıb.
Baku.ws xəbər verir ki, hadisə İsmayıllının Qalacıq kəndində baş verib.
Kənddə qarşılaşdığı problemlə müraciət edən Ş.Kərimov kənddə zorakılıqla qarşılaşdığını bildirib.
O, şortiklə kəndin içindən keçərkən etiraz edən kənd sakinlərindən biri onun qarşısını kəsərək çəkiliş aparmasına mane olduğunu bildirib.
Daha sonra maşınla ərazidən keçən daha bir şəxs onu tənqid edərək şortiklə kəndə gəlməməli olduğunu deyib.
Qeyd edək ki, avqust ayında da İsmayıllının Qalacıq kəndində yerli sakinlərlə turistlər arasında şortiklə bağlı eyni problem yaşanmışdı. Polisin kənd sakinləri ilə profilaktik söhbətindən sonra məsələ həllini tapmışdı.
Sözügedən görüntüləri təqdim edirik:
 

Gundelik-Baku.Org