Əməliyyat zamanı qadının qarnında neştər qaldı

Əməliyyat zamanı qadının qarnında neştər qaldı
Soçidə əməliyyat zamanı xəstənin bağırsağında neştər qalıb.
Rusiya KİV xəbər verir ki, unudulmuş cərrahi alət bir neçə aydan sonra tapılıb.
Bildirilir ki, həkimlər xəstənin bağırsaqlarını əməliyyat ediblər və içəridə əsas arteriyaya bir neştər qoyublar.Məlumata görə, qadın Yekaterinburqa qayıdıb rentgen çəkdirəndə yerli həkimlər dəhşətə gəliblər.
Qeyd olunub ki, xəstə xərçəngin dördüncü mərhələsindədir, Yekaterinburqda o, kimyaterapiyadan keçməli olub. Soçi həkimləri irəli sürülən iddialardan sonra xəstəyə neştərini çıxartmağı təklif ediblər, lakin qadın həkimlərin cəzalandırılması üçün İstintaq Komitəsinə ərizə yazıb.
Gundelik-Baku.Org