Bu ölkə "Qazprom"u məhkəməyə verir

Bu ölkə "Qazprom"u məhkəməyə verir
Bolqarıstanın Energetika Nazirliyi Rusiyanın dövlət qaz şirkəti olan "Qazprom"a arbitraj iddiası hazırlayır.
Xarici KİV xəbər verir ki, şirkətə qarşı məhkəmə iddiası 2022-ci ilin aprelində qaz təchizatının dayandırılması ilə bağlıdır. 
Bolqarıstanın energetika naziri Rossen Xristov bildirib ki, ölkənin Rusiya ilə rublla hesablaşmalardan imtina etməsindən sonra qaz tədarükü dayandırılıb. 
Rumen Radev hökuməti uzun müddətdir ki, təchizatın bərpası ilə bağlı danışıqlar aparmağa çalışırdı.
Qeyd edək ki, Bolqarıstan və Polşa Rusiya rublu ilə ödənişdən imtina etdikdən sonra Rusiyadan qaz nəqlində azalma yaşayan ilk Aİ üzvləri olub.
Gundelik-Baku.Org